Xəbərdarlıq! Sabahdan Azərbaycanda hava... » Qaynar xəbərlərin tək ünvanı

» » Xəbərdarlıq! Sabahdan Azərbaycanda hava...

Xəbərdarlıq! Sabahdan Azərbaycanda hava...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Xəbərdarlıq! Sabahdan Azərbaycanda hava...

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.


Aymobi.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən sonxeber.az-a verilən məlumata görə, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, gün ərzində arabir çiskinli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək.


Havanın temperaturunun gecə 0-5, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Baxış :
48132
Tarix:
16-12-2017, 12:02
  


loading...