Zakir Həsənov orduya tapşırıq verdi - Toplantı » Qaynar xəbərlərin tək ünvanı

» » Zakir Həsənov orduya tapşırıq verdi - Toplantı

Zakir Həsənov orduya tapşırıq verdi - Toplantı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Zakir Həsənov orduya tapşırıq verdi - Toplantı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə toplantı keçirilir.


Aymobi.com sonxəbər.az-a istinadən xəbər verir ki, müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplantıdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıran Müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantının keçirilməsi ilə bağlı ümumi tapşırıqlar verib və əsas istiqamətlər üzrə vəzifələri müəyyən edib.


İştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul edilib və şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.


Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində hərbi texnika və atıcı silahlardan atışlar icra olunub.

Zakir Həsənov orduya tapşırıq verdi - Toplantı

Zakir Həsənov orduya tapşırıq verdi - Toplantı


Paylaş:


Müəllif : Baxış :
41632
Tarix:
15-12-2017, 15:36
  






loading...