Meteohəssas insanlar, dekabrın 18-dək... - DİQQƏT! » Qaynar xəbərlərin tək ünvanı

» » Meteohəssas insanlar, dekabrın 18-dək... - DİQQƏT!

Meteohəssas insanlar, dekabrın 18-dək... - DİQQƏT!


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Meteohəssas insanlar, dekabrın 18-dək... - DİQQƏT!

Azərbaycanda dekabrın 18-dək buludlu hava bəzi insanlarda diskomfort hissi yaradacaq.


Aymobi.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən mətbuat.az-a verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturunun gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz


Dekabrın 18-dək meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, buludlu hava şəraitinin üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.


Paylaş:


Müəllif : Baxış :
15432
Tarix:
15-12-2017, 12:53
  


loading...