Borcu olanlar, DİQQƏT: Dekabrın 19-dan etibarən... » Qaynar xəbərlərin tək ünvanı

» » Borcu olanlar, DİQQƏT: Dekabrın 19-dan etibarən...

Borcu olanlar, DİQQƏT: Dekabrın 19-dan etibarən...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Azərişıq” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 19 dekabr 2017-ci il tarixindən, saat 12:00-dan etibarən "Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.


Aymobi.com ASC-ə istinadən məlumat verilib. Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin "Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq "Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.


Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.


Paylaş:


Müəllif : Baxış :
16932
Tarix:
14-12-2017, 11:30
  


loading...