Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO

Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO

Göyçayda Nar bayramına görə məktəblərdən pul yığılır?


Göyçay rayonu Qaraməryəm kənd sakini Səbuhi Quliyev prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

 

O, müraciətin bir surətini də  mətbuata ünvanlayıb.


Səbuhi Quliyev iddia edir ki, Göyçay rayonunda fəaliyyət göstərən 7 saylı tam orta məktəbin Adil adlı direktoru sözügedən təhsil ocağını korrupsiya yuvasına çevirib.

 

Onun sözlərinə görə, bir ildən artıqdır yaxın qohumunu 7 saylı tam orta məktəbə işə düzəltmək üçün direktora müraciət edib. "Adil müəllim də müraciətin nəzərə alınacağına, qohumumu işə götürəcəyinə söz verdi.


Eyni zamanda bildirdi ki, "Nar bayram”ı üçün məktəblərdən pul yığılır, siz də bu işdə mənə kömək edin.

 

Onun sözlərinə görə, bizim yardımımız barədə rəhbərliyə məlumat verəcək və qısa müddətdə qohumum işə düzələcək.


Adil müəllim bizdən 7 min manat istədi. Bildirdi ki, müəllimə düzələcək qohumumun hər ay 440 manat maaş alacağını bildirdi. Biz həmin məbləği ona verdik. Amma bir idən artıq vaxt keçməsinə baxmayaraq hələ də vədinə əməl etməyib”.


Səbuhi Quliyev məsələ ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib:

 

"Adil müəllimlə söhbətlərimin birində onu videoya çəkdim. Həmin videoada Adil müəllim bizdən 7 min manat rüşvət aldığını etiraf edir. Həmin vdeonu da Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etimişəm. Lakin hansısa səbəbdən Adil müəllim hələ də öz işindədir və heç narahat da deyil. O, qohumlarından birinə deyib ki, evini satıb özünü qurtaracaq. Eyni zamanda söhbətlərindən aydın olur ki, Təhsil Nazirliyində himayədarı var. Çünki oradan özü ilə bağlı müsbət arayış alacağını iddia edir”.


Səbuhi Quliyev İlham Əliyev və Mehriban Əliyevadan bu məsələni nəzarətə götürmələrini xahiş edir.


Paylaş:


Müəllif : Baxış :
20032
Tarix:
12-12-2017, 12:20
  






loading...

Oxşar Xəbərlər