“Qarabağ” rekorda imza atdı » Qaynar xəbərlərin tək ünvanı

» » “Qarabağ” rekorda imza atdı

“Qarabağ” rekorda imza atdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Qarabağ” rekorda imza atdı

"Qarabağ”  Topaz Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb.

 

IV turdan təxirə salınan səfər matçında "Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb.


6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidi. Bunadək də  rekord "Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.


Qeyd edək ki, bunadək Ağdam klubu X turda "Səbail”i 1:0, XI turda "Kəpəz”i 2:0, XII turda "Sumqayıt”ı 2:0, XIII turda "Zirə”ni 3:2, XIV turda "Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.


Paylaş:


Müəllif : Baxış :
16532
Tarix:
11-12-2017, 16:55
  






loading...