Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin... » Qaynar xəbərlərin tək ünvanı

» » Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin final mərhələsi keçirilib.


Aymobi.com Bakı şəhəri üzrə Təhsil İdarəsinə istinadla xəbər verir ki, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsinə Bakı şəhəri üzrə 815 şagird qatılıb.

 

Onlardan 196 nəfəri riyaziyyat, 140 nəfəri kimya, 175 nəfəri fizika, 159 nəfəri biologiya, 145 nəfəri isə informatika fənni üzrə müsabiqədə iştirak edib. Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər.


Fənn müsabiqələrinin finalı fizika, riyaziyyat və informatika fənləri üzrə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində, kimya və biologiya fənləri üzrə isə Kimya-Biologiya Təmayüllü Respublika Liseyində təşkil edilib.


Fənn müsabiqələrinin ilkin mərhələsində şagirdlərə fənlər üzrə müsabiqə tarixinədək keçdikləri məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən suallar təqdim edilib. 40 sualın cavablandırılması üçün şagirdlərə 2 saat yarım vaxt verilib.


Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.


Paylaş:


Müəllif : Baxış :
8332
Tarix:
11-12-2017, 12:44
  






loading...

Oxşar Xəbərlər