Siyəzəndə sürüşmə: 50 evdə çat əmələ gəlib » Qaynar xəbərlərin tək ünvanı

» » Siyəzəndə sürüşmə: 50 evdə çat əmələ gəlib

Siyəzəndə sürüşmə: 50 evdə çat əmələ gəlib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Siyəzəndə sürüşmə: 50 evdə çat əmələ gəlib

"Siyəzənin Sədan kəndində sürüşmənin aktivləşməsi nəticəsində çat yaranan evlərin sayı 50-yə çatıb”.


Aymobi.com apa-ya istinadən xəbər verir ki, Rayon İcra Hakimiyyətinin Sədan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Zeynalov deyib. Onun sözlərinə görə, müvafiq qurumlar evlərə baxış keçirib, 3 evin tikintisi barədə qərar qəbul olunub. Hazırda Fövqəladə Hallar Nazirliyi tikinti işlərini davam etdirilir.


İcra nümayəndəsinin sözlərinə görə, həmin evlər yaxın zamanda sakinlərin istifadəsinə veriləcək.


F.Zeynalov 2012-ci ildə sürüşmə zolağında 27 evin olduğunu, proses aktivləşdikcə bu evlərin sayının 50-yə çatdığını bildirib. O, çatlar əmələ gələn digər evlərə də baxış keçirildiyini və aidiyyəti qurumlar tərəfindən aktlaşdırıldığını deyib.


Paylaş:


Müəllif : Baxış :
10432
Tarix:
11-12-2017, 11:33
  






loading...

Oxşar Xəbərlər