Bakı metrosunda HADİSƏ: 17 yaşlı gənc relslərinin üzərinə yıxıldı » Qaynar xəbərlərin tək ünvanı

» » Bakı metrosunda HADİSƏ: 17 yaşlı gənc relslərinin üzərinə yıxıldı

Bakı metrosunda HADİSƏ: 17 yaşlı gənc relslərinin üzərinə yıxıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bu gün səhər saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb. Belə ki, metronun "İçərişəhər"stansiyasında 17 yaşlı gənc qatar relslərinin üzərinə yıxılıb.


Aymobi.com xəbər verir ki, bu barədə modern.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.


N.Paşayev bildirib ki, hadisə saat 08:41 radələrində Həzi Aslanov - İçərişəhər xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib:


"Müvazinətini itirən 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlu qatar yoluna düşüb. Maşinist qatarı vaxtında saxlaya bilib. Gənc oğlan xəsarət almayıb”.


Paylaş:


Müəllif : Baxış :
18632
Tarix:
11-12-2017, 11:00
  






loading...