Balakəndə ağır qəza: qadın öldü » Qaynar xəbərlərin tək ünvanı

» » Balakəndə ağır qəza: qadın öldü

Balakəndə ağır qəza: qadın öldü


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakəndə ağır qəza: qadın öldü

 Balakəndə 61 yaşlı qadını minik avtomobili vurub.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 07:30 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kənd inzibati ərazisindən keçən hissəsində baş verib.


Balakən rayonu Katex kənd sakini, 1957-ci il təvəllüdlü Əkrəm Murad oğlu Atayev idarə etdiyi "VAZ 2106” markalı "08 BE 991" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı, Katex kənd sakini 1956-cı il təvəllüdlü Ofelya Ələkbər qızı Məmmədovanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan O. Məmmədova hadisə yerində ölüb.


Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Baxış :
21032
Tarix:
10-12-2017, 16:14
  


loading...

Oxşar Xəbərlər