Ayaq qoxusunu aparan sadə və təbii ÜSULLAR » Qaynar xəbərlərin tək ünvanı

» » Ayaq qoxusunu aparan sadə və təbii ÜSULLAR

Ayaq qoxusunu aparan sadə və təbii ÜSULLAR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ayaq qoxusunu aparan sadə və təbii ÜSULLAR

Ayaq qoxusu gündəlik həyatda bir çox insanın probleminə çevrilib. Ayaq qoxusu sosial çevrədə insanda bir özgüvənsizlik yaratdığı kimi, psixoloji baxımdan da mənfi təsir edir.

 

Qara çay


1 stəkan suyu vannaya boşaldın. İçərisinə yarım stəkan qara çay əlavə edərək ayaqlarınızı bu qarşımın içərisində ən az 20 dəqiqə saxlayın. 10 gün boyu eyni prosesi təkrarlayın.


Sirkəli su


5 stəkan suyu bir vannanın içərisinə əlavə edin. Daha sonra içərisinə 6 xörək qaşığı sirkə töküb ayaqlarınızı bu qarışımın içərisində 20 dəqiqə saxlayın. Bu prosesi də 10 gün ərzində təkrar edərək tətbiq edin. Sirkə ayaq qoxusunu aparmaqla yanaşı ayağınızdakı tər vəzilərinin də yavaş işləməsini təmin edəcək.


Lavanda yağı


1 litr suyun içərisinə bir xörək qaşığı lavanda yağı əlavə edin. Ayaqlarınızı bu qarışımın içərisində 15 və ya 20 dəqiqə saxlayın. Lavanda yağının mütəmadi olaraq istifadəsi ayaq qoxusunu tamamilə aradan qaldırmağa kömək edir.


Sodalı su


İlıq suyun içərisinə bir az duz və soda əlavə edin. Daha sonra suyu bir vannanın içərisinə boşaldıb ayaqlarınızı bu qarışımın içərisində saxlayın. Hər gün mütəmadi olaraq ayaqlarınızı duzlu suyun içərisində saxlasanız, ayaq qoxusu probleminiz aradan qalxacaq.


Limon qabığı


Təmiz ayaqları limon qabığı ilə mütəmadi olaraq ovmaq ayaq qoxusu probleminə əlac edə bilər.


Paylaş:


Müəllif : Baxış :
17532
Tarix:
7-12-2017, 16:32
  






loading...