62 yaşlı "Əməkdar müəllim" həbs edilib » Qaynar xəbərlərin tək ünvanı

» » 62 yaşlı "Əməkdar müəllim" həbs edilib

62 yaşlı "Əməkdar müəllim" həbs edilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

62 yaşlı "Əməkdar müəllim" həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 62 yaşlı Əməkdar müəllim Nuriyyə Ağayevanın məhkəməsi başlayıb.


Hakim Faiq Qəniyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.


Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 14-də davam etdiriləcək.


İttihama görə, N.Ağayeva 5 nəfərdən pul alaraq övladlarını ali məktəbə qəbul etdirəcəyini deyib. Lakin vədinə əməl edə bilmədib və pulu da geri qaytarmayıb.


Filologiya elmləri namizədi olan N.Ağayeva 2000-ci il martın 18-də "Əməkdar müəllim" adına layiq görülüb. İşdən çıxdıqdan bir müddət sonra həbs edilib.


Paylaş:


Müəllif : Baxış :
12232
Tarix:
7-12-2017, 16:04
  






loading...

Oxşar Xəbərlər