Xırdalanda yanğın olub - Bina sakinləri təxliyə edilib » Qaynar xəbərlərin tək ünvanı

» » Xırdalanda yanğın olub - Bina sakinləri təxliyə edilib

Xırdalanda yanğın olub - Bina sakinləri təxliyə edilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Xırdalanda yanğın olub - Bina sakinləri təxliyə edilib

Abşeron rayonu, Xırdalan şəhərində yanğın qeydə alınıb.


Aymobi.com FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb.

 

Yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 36 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.

 

Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Paylaş:


Müəllif : Baxış :
9732
Tarix:
7-12-2017, 13:39
  






loading...