Dünya səhiyyəsində BİR İLK: Azərbaycanda HƏYATA KEÇİRİLƏCƏK - FOTO » Qaynar xəbərlərin tək ünvanı

» » Dünya səhiyyəsində BİR İLK: Azərbaycanda HƏYATA KEÇİRİLƏCƏK - FOTO

Dünya səhiyyəsində BİR İLK: Azərbaycanda HƏYATA KEÇİRİLƏCƏK - FOTO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dünya səhiyyəsində BİR İLK: Azərbaycanda HƏYATA KEÇİRİLƏCƏK - FOTO

Azərbaycanda ilk dəfə tibb sahəsində "Virtual Cərrahiyyə" layihəsi tətbiq edilir.


Bu barədə məlumat verən Azərbaycan Tibb Universitetinin Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri İsmayıl Fərzəliyev deyib. O, Tibb Universitetinin professoru Çingiz Rəhimovun rəhbərlik etdiyi qrup tərəfindən gerçəkləşdirilən layihənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə baş tutuduğunu bildirib.


Onun sözlərinə görə, yeni layihə rekonstruktiv bərpaedici əməliyyatları daha təhlükəsiz, qısa müddətdə, estetik və funksional həyata keçirməyə imkan verir:


"Layihənin əsas konsepsiyası xəstənin fərdi anotomik görüntülərini real xəstənin üzərinə kombinə edilməsindən ibarətdir. Rekonstruktiv əməliyyat üçün müraciət edən xəstənin həm real, həm də virtual əməliyyat prosesi hazırlanır. Əməliyyat zamanı həkim vitual eynəklər vasitəsilə canlı yayım şəklində planlama, xəstənin rentgen görüntülərini və həm də real xəstəni görür. Bu əməliyyatın vaxtını qısaltmaqla yanaşı, dəqiqliyi artırır. Virtual cərrahiyyə texnologiyasından istifadə etməklə gözlənilən nəticəni əldə etmək olar. Məqsədimiz rekonstruktiv əməliyyatlarda gözlənilməyən nəticələr, səhvlərin sayını mümkün qədər azaltmaqdır".


İ.Fərzəliyev bildirib ki, üz-çənə cərrahiyyəsində bütün rekonstruktiv, eləcə də estetik əməliyyatların hamısını bu cür texnologiya ilə aparmağı planlaşdırırlar:


"Dünyada onurğa, neyro, eləcə də burun cərrahiyyəsi əməliyyatlarında bu üsulu tətbiq etməyə çalışırlar. Ölkəmizdə təqdim edilən metodika dünya təcrübəsində ilk dəfə rekonstruktiv cərrahiyyədə aparılır. Lakin bu üsulu cərrahiyyənin bütün sahələrində reallaşdırmaq olar. Artıq diaqnostik təyinatlı virtual reallıq eynəklərini real xəstələrdə istifadə etmişik. Bir neçə ay ərzində layihə yerinə yetirilib, növbəti mərhələdə daha genişləndirilmiş əməliyyatlar icra olunacaq".


Həkim deyib ki, üzdə aparılan rekonstruktiv cərarahi əməliyyatlara funkisonal və estetik tələblər qoyulur:


"Son zamanlar sayı yüksələn travmatik zədələnmələr və şiş xəstəliklərin radikal cərrahi müalicəsi bu sahəyə təlabatı xeyli artırır. Bu nahiyədə, mürəkkəb anatomik qurluşu nəzərə alsaq, cərrahi əməliyyatın müvəffəqiyyati onun yüksək dəqiqliyi ilə keçirilməsindən, mümkün qədər qısa müddətdə və sağlam toxumları zədələmədən aparılmasından asılıdır. Rəqəmli texnologiyaların son nailiyyəti olan artırılmış reallıq eynəklərə və onlar tərəfindən hazırlanan xüsusi proqram təminatı ilə cərrahi əməliyyatda yüksək dəqiqlik əldə olunur. "Virtual Cərrahiyyə" layihəsi əməliyyat zamanı toxumların zədələnməsi minimuma salınır. Eləcə də yüksək funksional və estetik nəticə əldə edilir".


Onun sözlərinə görə, bu metodika paralel olaraq hazırda ABŞ, Böyük Britaniya və Çində tibbin digər sahələrində tətbiq edilməyə başlayıb:

 

"Bizdə həm texniki, həm də tibbi baxımdan bir sıra fərqlər var".

Dünya səhiyyəsində BİR İLK: Azərbaycanda HƏYATA KEÇİRİLƏCƏK - FOTO


Paylaş:


Müəllif : Baxış :
21932
Tarix:
6-12-2017, 09:45
  






loading...

Oxşar Xəbərlər