Türkiyə futbolunda ÇALXALANMA » Qaynar xəbərlərin tək ünvanı

» » Türkiyə futbolunda ÇALXALANMA

Türkiyə futbolunda ÇALXALANMA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Türkiyə Spor Toto Təşkilatının TFF 2 və 3-cü liqalarında yer alan klubların matç sayının azaldılması və paralel olaraq, ödənişlərin aşağı düşməsi yeni böhran yaradıb.


Aymobi.com publika.az-a istinadən xəbər verir ki, 90 komanda təyin edilən matçlara çıxmamağa qərar verib. Etirazçı klublar sabah paytaxt Ankarada toplaşacaq və protesto tədbirlərini müzakirə edəcəklər.


2 və 3-cü Liqa Klubları Birliyi və "Ottocool” prezidenti Çingiz Günaydın qərarın klublara ciddi zərər vurduğunu bildirib:


"Spor Toto Təşkilatı liqanın 6-cı həftəsində qənaət etməklə bağlı qərar qəbul etdi. Əvvəllər 28 matç iddia proqramına əlavə edilirdi. Ancaq indi 18 matç bülletenə daxil ediləcək. Bu qərar bütün klubları çətin vəziyyətdə qoydu. Üstəlik, hər klub 500-600 min tl qazancını itirdi. Biz idarə heyəti olaraq problemin həll edilməməsi təqdirində ilk həftə matçalarına gec çıxmağı, digərlərinə isə heç çıxmamağı qərarlaşdırdıq. Haqlı olaraq da qərara etiraz etdik”.


Ç.Günyadın məsələ barədə Gənclər və İdman nazirinə müraciət etdiklərini, lakin cavab almadıqlarını deyib. Prezident bildirib ki, Spor Toto Təşkilatının qənaətcillik bəhanəsilə gəlirləri kəsir, ancaq "Fənərbaxça” klubuna 47 milyon lirəlik forma sponsorluğu edir.

Təşkilatın yeni qərarı alt liqa qruplarını hiddətləndirib və idmançılar məşqləri boykot ediblər.


Qeyd edək ki, qərarı boykot edən 90 komanda təxminən 35 milyonluq izləyici kütləsinə sahibdir.


Paylaş:


Müəllif : Baxış :
8132
Tarix:
5-12-2017, 14:41
  






loading...