Müdafiə Nazirliyindən AÇIQLAMA: "Prezidentin tapşırığı icra olunur" » Qaynar xəbərlərin tək ünvanı

» » Müdafiə Nazirliyindən AÇIQLAMA: "Prezidentin tapşırığı icra olunur"

Müdafiə Nazirliyindən AÇIQLAMA: "Prezidentin tapşırığı icra olunur"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ali Baş Komandan cənab İlham Əliyev NATO toplantısındakı çıxışında Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağını bildirib.


Aymobi.com xəbər verir ki, Müdafiə Nazirliyindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıq Müdafiə Nazirliyi tərəfindən icra olunmaqdadır.


"Verilən bu siyasi qərarın həyata keçirilməsi ilə əlaqədar müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilir. Sülhməramlıların sayının artırılması prosesinin gələn ilin ilk rübünədək həyata keçirilməsi planlaşdırılır".


Paylaş:


Müəllif : Baxış :
9132
Tarix:
4-12-2017, 13:35
  






loading...

Oxşar Xəbərlər