Oyun satdığı deyilən Mirhüseyn Seyidov danışdı » Qaynar xəbərlərin tək ünvanı

» » Oyun satdığı deyilən Mirhüseyn Seyidov danışdı

Oyun satdığı deyilən Mirhüseyn Seyidov danışdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Oyun satdığı deyilən Mirhüseyn Seyidov danışdı

"Dedim, zəif oynayım ki, "Neftçi" xal qazansın"


Aymobi.com yeniçağ-a istinadən xəbərverir ki, ötən gün şübhəli oyun səbəbi ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, daha sonra isə sərbəst buraxılan "Keşlə”nin sabiq futbolçusu Mirhüseyn Seyidov yenicag-a müsahibə verib. Oxucular üçün maraqlı olacağını nəzərə alıb həmin müsahibəni təqdim edirik:


– Mirhüseyn, dünən harda idiz?


– "Neftçi” ilə oyunla bağlı idi. Zəif çıxış etmişdik. Hərə bir şey danışır. Biz də izahat verdik.


– Kim aldı izahatı?


– Polis bölməsində…


– Hansı polis bölməsində?


– Qeydiyyatda olduğum ərzanin polis bölməsinə çağırmışdılar. İnanırsız, heç bilmirəm hansı idi.


– Davam edin…


– Nizami "Neftçi” ilə müqavilə imzalamışdı. Mənim də ora getmək söhbətim va idi. Ürəyim "Neftçi”də idi. Dedim, zəif oynayım ki, "Neftçi” xal qazansın.


– Özün istədin, yoxsa kimsə demişdi?


– Heç kim heç nə deməyib. Sadəcə, özüm istədim. Buna görə də səhv etdiyimi bilirəm. Özümə haqq qazandırmıram. "Neftçi”nin qurbanı olmuşam. Əslində, qlobal bir şey yoxdu, çönüb qapıma qol vurmamışam. Cavan kimi səhv etmişəm. Buna görə də, AFFA, klub rəhbərliyi və azarkeşlərdən üzr istəyirəm. Məni səhv başa düşməsinlər.


– Bilərəkdən zəif oynamağınız bir oyunluq olub?


– Hə, bir dənə axırıncı oyunla bağlı olub. 5-6 oyun boş şeydi.


– Zaur Axundovla danışmısız?


– Hələ ki, yox.


– Müqavilənizə 4 gün əvvəl xitam verildiyindən xəbərdar idiz?


– Onu bilmirəm. Mən utancımdan çıxıb getmişəm. Hamı küskündür. Kim mənə məlumat verər ki?


– Nizami ilə bir yerdə idiz?


– Yox, o ayrı yerdə olub. Bir yerdə olmamışıq.


– Hüquq-mühafizə orqanları ilə işin qurtardı, yoxsa davam edəcək?


– Dünəndən evdəyəm. Hər şey qaydasındadır.


Paylaş:


Müəllif : Baxış :
7132
Tarix:
1-12-2017, 12:44
  






loading...