Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti - Açıqladı » Qaynar xəbərlərin tək ünvanı

» » Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti - Açıqladı

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti - Açıqladı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti - Açıqladı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.


Aymobi.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyindən mətbuat.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.


Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Paylaş:


Müəllif : Baxış :
7432
Tarix:
30-11-2017, 10:14
  






loading...