Bakıda avtomobilin altında qalan 2 nəfər öldü » Qaynar xəbərlərin tək ünvanı

» » Bakıda avtomobilin altında qalan 2 nəfər öldü

Bakıda avtomobilin altında qalan 2 nəfər öldü


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıda avtomobilin vurduğu 2 piyada xəstəxanada ölüb.


Aymobi.com xəbər verir ki, Daxili İşlər Nazirliyindən sonxəbər.az-a bildirilib ki, noyabrın 27-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Ramal Ağayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Pərviz Hüseynovu vurub.

 

Nəticədə xəstəxanaya yerləşdirilən piyada noyabrın 28-də orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. Bundan başqa cari il sentyabr ayının 27-də Nizami rayonunun Q.Qarayev prospektində Yardımlı rayon sakini Bəhruz Eyvazov idarə etdiyi "Saz" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Təranə Babaşovanı vurub.

 

Nəticədə xəstəxanaya yerləşdirilən piyada noyabrın 28-də orada ölüb.


Hər iki faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Baxış :
30732
Tarix:
29-11-2017, 14:35
  


loading...