“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi? » Qaynar xəbərlərin tək ünvanı

» » “Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

Suraxanı rayonu Ə. Məmmədov adına 76 nömrəli orta məktəbdə intihara cəhd hadisəsinin olduğu iddia olunur. Belə ki, məktəbin 6-cı sinfində oxuyan iki qız şagird internet üzərindən "Mavi Balina” oyunu oynayıb. İntihara çağırış oyunu kimi tanınan "Mavi Balina” sonda şagirdlərə damarların kəsilməsi barədə təlimat verib. Təlimata uyan qızlar bilək damarlarını kəsmək və bu yolla intihara cəhd etmək istəyib. 


Aymobi.com xəbər verir ki, bu məlumatı cəbhə.info-ya 76 saylı məktəbdə təhsil alan şagirdlərin adının çəkilməsini istəməyən valideynləri verib. Onların dediyinə görə, hadisə noyabrın 28-də günorta saatlarında baş verib və dərhal məktəbə polis əməkdaşları cəlb olunub. Amma şagirdlərin həyatı üçün ciddi təhlükə yaranmayıb. Olaydan sonra bütün siniflər üzrə təhsil alan şagirdlərin valideynləri məktəbə çağırılıb. Onlara diqqətli olmaq və övladlarının psixoloji durumunun yoxlanması, eləcə də, nəzarətdə saxlanması tövsiyyə edilib. 


Cebhe.info məlumatı dəqiqləşdirmək üçün 76 saylı məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Zülfüqar Zülfüqarovla əlaqə saxlayıb.

 

Direktor müavini intihara cəhd hadisəsini təkzib etsə də, məktəbdə dolayı yolla hanısısa olayın yaşandığını təsdiqləyib.

 

Zülfüqar Zülfüqarov olayla bağlı məktəbə Bakı Baş Təhsil İdarəsinin və ərazi üzrə polis əməkdaşlarının gəldiyini təsdiqləyib, amma tam olaraq nə baş verdiyini açıqlamayıb:


"Orada 6-cı sinif şagirdləri olan bir-iki qız olub. Belə bir hadisə olub. Bakı Baş Təhsil İdarəsindən də yoxlama aparıldı və polis bölməsindən də gələnlər oldu. Araşdırıldı, şagirdlərdən izahat alındı, valideynləri çağırıldı. İntihara cəhd hadisəsi olmayıb. Sadəcə, uşaqlar arasında belə bir hadisə olub. Yəni, qeyri-adi bir şey baş verməyib. Bu, uşaqlar arasında olan bir insident kimi qeydə alındı. Sizə necə informasiya verilibsə, olay o cür baş verməyib. İntihar çox ciddi məsələdir. Belə bir şey olmayıb. Məktəb daxilində baş verən istənilən olaya valideynlər müdaxilə edəndə, biz ərazi üzrə polis bölməsinə müraciət edirik. Həmin şagirdlər hazırda dərsdədir. Biz "Mavi Balina” oyununu bilirik. Ümumiyyətlə, internetdəki oyunlarla bağlı bilgilərimiz var”.


Direktor köməkçisi əlavə edib ki, təxminən 20 gün əvvəl Suraxanı Rayon Polis Bölməsinin təşkilatçılığı ilə məktəbdə narkomaniya və siqaret əleyhinə tədbir keçirilib: 


"Uşaq siqaret çəkə bilər. O, istər məktəbdə, istərsə də, məktəbdən kənarda siqaret çəkir. Bunu valideyni də bilir və öhdəsindən də gəlmək olur. Siqaret artıq cəmiyyətə yayılmış bir məsələdir. Bir də var ki, intihar - bu boş-boşuna olan məsələ deyil. Əgər məktəbin içində belə bir şey olsa, aləm dağılardı. Məsələ söyləntilər kimi deyil. Yəni, kimsə bu oyuna baxıb, özünü asıb və ya üçüncü mərtəbədən atıb deyə bir şey olmayıb”.


Zülfüqar Zülfüqarov intihara cəhddə adı hallanan şagirdlərin adlarını açıqlamaqdan imtina edib: 


"Bu müsəlmançılığa uyğun gəlmir. Rusiya olsaydı, adlarını açıqlamaq olardı”.

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?



Paylaş:


Müəllif : Baxış :
27232
Tarix:
29-11-2017, 14:07
  


loading...

Oxşar Xəbərlər