4,8 Gb sürətinə malik yeni “wi-fi” texnologiyası hazırlandı » Qaynar xəbərlərin tək ünvanı

» » 4,8 Gb sürətinə malik yeni “wi-fi” texnologiyası hazırlandı

4,8 Gb sürətinə malik yeni “wi-fi” texnologiyası hazırlandı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

4,8 Gb sürətinə malik yeni “wi-fi” texnologiyası hazırlandı

Cənubi Koreyanın aparıcı texnoloji şirkətlərindən biri olan "SK Telecom" tərəfindən informasiyaların daha sürətli şəkildə ötürülməsini təmin edəcək 4,8 giqabit/saniyə sürətində malik "Wi-Fi" texnologiyasının təqdimatı keçirilib.


Məlumata görə, Yeni "wi-fi" şəbəkəsi "IEEE 802.11ax" standartlarına uyğun şəkildə hazırlanıb. Yeni sistem məlumatların ötürülmə sürətini 1.3 giqabit/saniyəyə çatdırmaqla, 1 giqabitlik "802.11ac" şəbəkə standartının göstəricilərindən 4 dəfə daha üstün olmağa şərait yaradır.


Texnologiya məlumatların 160 meqahers (802.11ac standartında olduğundan 2 dəfə çox) tezliyində ötürülməsi üçün 4 antenadan, eləcə də iş üçün 2,4 və 5 QHs diapazonlarından istifadəni nəzərdə tutur.


"SK Telecom" yeni nəsil "Wi-Fi" şəbəkəsinə çıxış nöqtələrini növbəti ildə işə salmağı planlaşdıraraq diqqəti ilk növbədə yüksək trafik sıxlığına malik yerlərə yönəldəcək. Texnologiya ilə "802.11ax" standartı ilə uyğunluq təşkil edən prosessorlar əsasında hazırlanan mobil qurğular işləyəcək.

4,8 Gb sürətinə malik yeni “wi-fi” texnologiyası hazırlandı

Cənubi Koreya operatorunun baş vitse-prezidenti Park Çji He bildirib ki, yeni nəsil "Wi-Fi" texnologiyası "5G" şəbəkələrinin tamamlanması üçün vacib əhəmiyyətə malik olacaq.


"SK Telecom" şirkəti məlumatları "5G" şəbəkələrinin sürəti ilə müqayisə edilə biləcək sürətdə ötürən yeni nəsil "Wi-Fi" texnologiyasını yaradaraq tətbiq etməklə mobil rabitə sahəsində daha keyfiyyətli təkliflərin işə salınması üçün uğurlu əsaslar qoyub.

 

Xatırladaq ki, "5G" hazırda mövcud olan "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq.


Paylaş:


Müəllif : Baxış :
13832
Tarix:
29-11-2017, 11:08
  


loading...