İş adamının evində çəkilmiş dəhşətli görüntülər yayıldı... - Anbaan VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » İş adamının evində çəkilmiş dəhşətli görüntülər yayıldı... - Anbaan VİDEO

İş adamının evində çəkilmiş dəhşətli görüntülər yayıldı... - Anbaan VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İş adamının evində çəkilmiş dəhşətli görüntülər yayıldı... - Anbaan VİDEO

Uşağa işgəncə verən ukraynalı qadın yaxalanıb.


Aymobi.com mətbuat.az-a istinadən bildirir ki, hadisə Türkiyədə baş verib. İstanbulda yaşayan cütlük 6 ay öncə uşaqlarına baxması üçün ukraynalı qadın Nadia Şapovalı işə götürüb. Hadisələr də bundan sonra cərəyan etməyə başlayıb.


Nadia işə başladıqdan bir müddət sonra valideynləri uşağın bədənində göy izlər görüblər. Onlar dayədən şübhələndikləri üçün evə gizli kamera yerləşdiriblər. Lakin bir müddətdən sonra aralarında mübahisə yarandığı üçün ailə ukraynalı dayəni işdən çıxarıb.

 

Dayə evdən gedəndən bir müddət sonra ailə gizli kameralardakı görüntüləri izləməyə qərar verib. Görüntüləri izləyən zaman dayənin azyaşlı uşağı döyməsi ilə bağlı şübhələr təsdiqini tapıb.

 

Ailə dərhal polisə şikayət edib. Polisdən qaçan dayə uzun müddət davam edən axtarışlardan sonra Türkiyənin Muğla şəhərinin Marmara bölgəsində yaxalanıb. Nəzarət altına götürülən qadın hazırda məhkəməyə çıxarılacağı günü gözləyir.


Qeyd edək ki, sözügedən ailənin Türkiyədə zəngin iş adamları olduğu deyilir.


Paylaş:


Müəllif : Baxış :
20832
Tarix:
28-11-2017, 12:29
  






loading...

Oxşar Xəbərlər