Məşhur aktrisanı iti ilə birlikdə restorandan QOVDULAR » Qaynar xəbərlərin tək ünvanı

» » Məşhur aktrisanı iti ilə birlikdə restorandan QOVDULAR

Məşhur aktrisanı iti ilə birlikdə restorandan QOVDULAR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Məşhur aktrisanı iti ilə birlikdə restorandan QOVDULAR

Tuvana Turkay restorandan qovulub.


Aymobi.com publika.az-a istinadən xəbər verir ki, bu barədə məşhur aktrisa özü məlumat verib. O, dünən it çantası ilə birlikdə restorana daxil olduqdan qısa müddət sonra itlərin içəri girməsi qadağan edildiyi üçün restorandan çıxarılıb. İtiylə birlikdə qovulan aktrisa hadisəyə belə reaksiya verib:

 

"Nə baş verdiyinə təəccübləndim. Rəsmən qovulmuşduq. Heyvanlar danışmadıqları üçün onlar təcrid etməməliyik? Qanunlarda heyvanların mal kimi deyil, can kimi qəbul edilməsi yazılıb. Heyvanların dostu olan məkanların çoxaldılması lazımdır".


Məlumat üçün bildirək ki, bu yaxınlarda Alper Potukla ayrılan aktrisaya pomeraniann cinsindan olan iti də Fənərbaxçalı futbolçu hədiyyə etmişdi. Keçən ay estetik əməliyyatları ilə gündəmə gələn aktrisa buna münasibət bildirib. O, məşhurluğunu estetik əməliyyatlar sayəsində əldə etdiyi gözəlliyinə deyil, istedadına borclu olduğunu qeyd edib:


"Estetik əməliyyat etdirməsəydim, indiki kimi məşhur olmadığımı iddia edənlər də var. Bu cür münasibəti başa düşmürəm. Burnumu əməliyyat etdirməzdən əvvəl üç baş rolda oynamışam. Bunu necə açıqlayırlar? Doqquz yaşından bəri çalışıram. Üzümlə, ağzımla, burnumla iş götürmürəm. Elə olsa, küçədəki 10 qızdan səkkizi aktrisa olardı. Mən bacarıqlıyam. Xahiş edirəm ki, bunu artıq qəbul etsinlər! Daim öyrənirəm, öz üzərimdə çalışıram, o qədər gücsüz deyiləm. "Başqa estetik əməliyyat etdirməmişəm desəm, kimə çatacaq? "Var" desəm, kim qane olacaq?”


Tuvana Turkay əməliyyat etdirdiyini heç vaxt gizlətmədiyini də dilə gətirib:

 

"Əməliyyatları gizlətməyi çox bəsit hesab edirəm. Hətta burun əməliyyatından sonra bunu necə sevinərək dediyimi də xatırlayıram. İnsanlar danışmağı sevir. Amma yazılan şərhləri lazımsız sayıram. Bunları dərd etməyə vaxtım da yoxdur. İnanın işləməkdən o qədər yoruluram ki. 20 il sonra üzümün qırış-qırış olmasından narahatlıq keçirmək bir yana, çəkilişdən gələndə makiyajı çox çətinliklə təmizləyirəm.


Paylaş:


Müəllif : Baxış :
14632
Tarix:
27-11-2017, 10:35
  






loading...