“Windows 10” sistemli sonuncu smartfon satışa çıxarıldı » Qaynar xəbərlərin tək ünvanı

» » “Windows 10” sistemli sonuncu smartfon satışa çıxarıldı

“Windows 10” sistemli sonuncu smartfon satışa çıxarıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Windows 10” sistemli sonuncu smartfon satışa çıxarıldı

ABŞ-ın "Microsoft” korporasiyası "Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən sonuncu "Wileyfox Pro” smartfonunu satışa çıxarıb.


Aymobi.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu ilin oktyabrında korporasiyanın rəsmi nümayəndələri "Windows 10” sisteminin inkişafının dayandırılmasını açıqlayaraq onun dünya əməliyyat sistemləri bazarında uğursuzluğa düçar olmasını etiraf ediblər.


Nəticədə o zaman təqdimatı gözlənilən "Wileyfox Pro” smartfonu populyar olmayan əməliyyat sistemli sonuncu qurğu statusunu alıb.


Məlumata görə, "Wileyfox Pro” smartfonunun başlıca xüsusiyyətləri "Qualcomm” şirkətinin dördnüəvli "Snapdragon 210” prosessoru, "LTE Cat.4” yüksəksürətli modemi, 2 giqabaytlıq operativ yaddaş və "HD” formatlı 5 düym diaqonallı ekran hesab olunur.

 

"Adreno 304” qrafik kontrolleri "Microsoft” korporasiyasına eyniadlı istehsalçı tərəfindən təqdim olunub. Qurğunun korpusunun ön və arxa tərəfində müvafiq olaraq 8 və 2 meqapikselli kamera quraşdırılıb.


"Windows 10” sistemli sonuncu smartfonun qiyməti 250 dollar təşkil edir.


Paylaş:


Müəllif : Baxış :
23432
Tarix:
25-11-2017, 15:55
  


loading...