SOCAR "Super" markalı benzinin satışına başladı » Qaynar xəbərlərin tək ünvanı

» » SOCAR "Super" markalı benzinin satışına başladı

SOCAR "Super" markalı benzinin satışına başladı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

SOCAR "Super" markalı benzinin satışına başladı

"SOCAR Petroleum" QSC 7 yanacaqdoldurma məntəqəsində "Super" markalı benzinin satışına başlayıb.


Aymobi.com xəbər verir ki, QSC-dən trend-ə verilən məlumata görə, böyük müştəri kütləsinin "Super" (A-98) markalı yanacağa olan tələbatını nəzərə alaraq ötən gündən etibarən yalnız 7 müxtəlif ünvanda fəaliyyət göstərən "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışına başlanılıb.


"SOCAR Petroleum"un aşağıdakı yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışı həyata keçirilir:


1. Bakı-aeroport yolunun sağ tərəfi (keçmiş Sabunçi dairəsinin yaxınlığı);

2. Bibiheybət məscidinin yaxınlığı (yolun sağ tərəfi);

3. Bakı-Quba yolunun 28-ci km-də (yolun sağ tərəfi);

4. Aeroport-Bakı yolunun sağ tərəfi (Bakı Olimpia Stadionunun yaxınlığı);

5. Babək prospekti (şəhər mərkəzi istiqamətində);

6. Ziya Bünyadov prospekti;

7. Nobel prospekti.


Qeyd edək ki, Azərbaycanda "Super" yanacağının satışı yalnız "SOCAR" brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Xaricdən idxal olunan bu yanacağın qiyməti 1,50 manat/litr təşkil edir və "Euro-5" ekoloji standartın tələblərinə cavab verir.


Paylaş:


Müəllif : Baxış :
15932
Tarix:
23-11-2017, 11:31
  


loading...