Elm adamları görünməzliyi kəşf etdi - ARAŞDIRMA » Qaynar xəbərlərin tək ünvanı

» » Elm adamları görünməzliyi kəşf etdi - ARAŞDIRMA

Elm adamları görünməzliyi kəşf etdi - ARAŞDIRMA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Elm adamları görünməzliyi kəşf etdi - ARAŞDIRMA

İsrailli araşdırmaçılar əşyaları görünməz hala gətirən "görünməzlik pelerini”ni nəzəri olaraq inkişaf etdirdiklərini açıqlayıb.


Araşdırmaçılardan Alina Karabçevskynın sözlərinə görə, hər hansı əşyanın üzərinə qoyulduğu zaman işığın istiqamətini dəyişdirərək, əşyanın görünməz olmasını təmin edən süni maddə, bir növ metal-səth (çip) yaradılıb:


"İnsan və heyvanların görmə qabiliyyəti işığın, gözlərin və beynin qarşılıqlı təsirindən qaynaqlanır. Əşyalardan gələn işıq boşluqda hərəkət edib gözlərimizə çatdığı üçün görmə prosesi baş verir. Yəni, əslində gördüyümüz bütün əşyalar işığı əks etdirir”.


Karabçevsky deyib ki, çipin üzərindəki süni maddə sayəsində işıq əşyanın ətrafında qırılır, beləcə əşya görünməz olur. Alimin sözlərinə görə, bu maddə işığın tam daxili qayıtma gücü 1.3 olan silindirik nano parçacıqları görünməz hala gətirə biləcək.

 

Qeyd edək ki, su, insan bədənindəki mayenin də daxili qayıtma gücü 1.3-dür.


Araşdırmanın sonrakı mərhələsi nəzəriyyəni sübut etmək üçün nümunə hazırlamaqdır.


Paylaş:


Müəllif : Baxış :
8532
Tarix:
21-11-2017, 13:47
  






loading...