Ali təhsil müəssisələrinin prorektorları attestasiyadan keçiriləcək » Qaynar xəbərlərin tək ünvanı

» » Ali təhsil müəssisələrinin prorektorları attestasiyadan keçiriləcək

Ali təhsil müəssisələrinin prorektorları attestasiyadan keçiriləcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

2018-ci ildə ali təhsil müəssisələrinin prorektorlarının attestasiyası keçiriləcək.

 

Aymobi.com Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq qərar nazirliyin bu gün keçirilən kollegiya iclasında qəbul olunub.

 

İclasda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rəhbərlik etdikləri ali təhsil müəssisələrinin tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr və maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatla çıxış ediblər. Sonra ali təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri ilə bağlı çıxışlar olub, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib.

 

Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.

 

İclasda Naxçıvan Dövlət Universitetinin 50, Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyləri münasibəti ilə rektorlar Saleh Məhərrəmova və Elxan Hüseynova Təhsil Nazirliyinin Fəxri fərmanı, həmçinin ölkə Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim” fəxri adına layiq görülən Xanhüseyn Kazımlıya dövlət təltifi təqdim olunub.


Paylaş:


Müəllif : Baxış :
14532
Tarix:
16-11-2017, 10:25
  


loading...

Oxşar Xəbərlər