Türkiyədə antik şəhər tapıldı » Qaynar xəbərlərin tək ünvanı Türkiyədə antik şəhər tapıldı » Qaynar xəbərlərin tək ünvanı

» » Türkiyədə antik şəhər tapıldı

Türkiyədə antik şəhər tapıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Türkiyədə antik şəhər tapıldı

Türkiyənin Kayseri vilayəti yaxınlığında arxeoloji qazıntılar zamanı 12.000 gil lövhə tapılıb.


Aymobi.com BBC Türk-ə istinadən xəbər verir ki, lövhələr bürünc dövründən qalıb. Bundan başqa arxeoloqlar bir neçə min il əvvəl Anadoluda salınmış antik şəhərin izini tapıblar.


Kayseri yaxınlığında Assur ticarət koloniyalarının Anadoludakı mərkəzi olan Kaniş şəhərinin qalıqları və bu ərazidə minlərlə gil lövhə tapılıb. Gil lövhələrin üzərində tacirlərin mal mübadiləsi, ticarət müqavilələri və borclar yazılıb. Lövhələrin sayəsində əvvəlcədən bilinməyən bir çox antik şəhərin harada olduğu müəyyən ediləcək.


4000 il əvvəl Kaniş şəhərinə gələn assur tacirlər burada qızıl və gümüş əvəzinə qalay və parça satıblar. Bir gil lövhədə isə tacirin dilindən yazılıb: "Ninassa kralı ilə taanış oldum. Amma məndən bir top parça da almadı".


Assur tacirlərin yazdığı gil lövhələrdə Sinahuttum şəhərinin adı 14 dəfə qeyd edilib. Bu şəhərdəki bir eşşək bazarı və yun alverindən bəhs edilir. Şəhərin Çorumun Boğazkale rayonunda olduğu təxmin edilir. Bundan başqa Puruşşadum, Mamma, Zalpa və Hahhum şəhərlərinin də yeri müəyyən edilib.


Paylaş:


Müəllif : Baxış :
17932
Tarix:
13-11-2017, 10:35
  


loading...