Nazirlikdən hava ilə bağlı mühüm xəbər » Qaynar xəbərlərin tək ünvanı

» » Nazirlikdən hava ilə bağlı mühüm xəbər

Nazirlikdən hava ilə bağlı mühüm xəbər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Nazirlikdən hava ilə bağlı mühüm xəbər

İstirahət gününə olan hava proqnozu açıqlanıb.


Aymobi.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən sonxəbər.az-a verilən məlumata görə, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.


Havanın temperaturu Abşeronda gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı  gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.


Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə duman, çiskin olacaq.


Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti, dağlarda 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Baxış :
61732
Tarix:
11-11-2017, 12:19
  






loading...