Dövlət büdcəsinə gömrük daxilolmaları artıb » Qaynar xəbərlərin tək ünvanı

» » Dövlət büdcəsinə gömrük daxilolmaları artıb

Dövlət büdcəsinə gömrük daxilolmaları artıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dövlət büdcəsinə gömrük daxilolmaları artıb

2017-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanın dövlət büdcəsinə 2,17 milyard manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz çoxdur.


Aymobi.com mətbuat.az-a istinadən xəbər verir ki, bu barədə DGK-nın hesabatında deyilir.


Oktyabr ayında büdcəyə gömrük daxilolmaları 217 milyon manat təşkil edib. Ötən ay büdcəyə gömrük rüsumlarından 67,37 milyon manat, ƏDV – 138,18 milyon manat, aksiz – 8,54 milyon manat, yol vergisi – 2,93 milyon manat təşkil edib.


Ötən ilin oktyabr ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 18 faiz, ƏDV-dən – 17,5 faiz, aksizdən – 45,2 faiz, yol vergisindən – 17,7 faiz artıb.


Qeyd edək ki, 2017-ci il dövlət büdcəsində gömrük daxilolmaları proqnozu 2,25 milyard manat təşkil edir.


Paylaş:


Müəllif : Baxış :
5132
Tarix:
8-11-2017, 12:34
  






loading...