İlham Əliyev fərman imzaladı » Qaynar xəbərlərin tək ünvanı

» » İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.


Aymobi.com sonxəbər.az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytı xəbər yayıb.


Fərmanla Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.


Bundan başqa, sənədə əsasən, Nazirlər Kabineti məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısını və tətbiqi qaydalarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etməlidir.


Paylaş:


Müəllif : Baxış :
28732
Tarix:
8-11-2017, 12:21
  


loading...