Azərbaycana hər gün 400 min dollar əlavə pul gəlir - "Qara qızıl"ın bəxti ağardı... » Qaynar xəbərlərin tək ünvanı

» » Azərbaycana hər gün 400 min dollar əlavə pul gəlir - "Qara qızıl"ın bəxti ağardı...

Azərbaycana hər gün 400 min dollar əlavə pul gəlir - "Qara qızıl"ın bəxti ağardı...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycana hər gün 400 min dollar əlavə pul gəlir - "Qara qızıl"ın bəxti ağardı...

Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,58 dollar (4,06%) bahalaşaraq, 66,20 dollar təşkil edib.


Aymobi.com xəbər verir ki, Neftin qiymətinin bahalaşması ilə bağlı mətbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, neftin qiymətinin artması siyasi səbəblərlə bağlıdır:


"Səudiyyə Ərəbistanında son 3 gündə baş verən hadisələr neftin qiymətlərini 5 dollardan da çox artırıb. Vəliəhd şahzadələrin, 8 keçmiş, 4 yeni nazirin həbs olunması, onların arasında dünyanın ən böyük neft şirkətinin vitse-prezidentinin olması neft bazarına neqativ təsir göstərdi.

 

Həmçinin, Yəmən tərəfdən Səudiyyə Ərəbistanına bir neçə raketin atılması xəbəri yayıldı. Səudiyyənin əsas neft bölgələri Yəmənlə sərhəddə yerləşir. Bu da qiymətlərə təsir göstərdi. Əsas amil iqtisadi məsələlər deyil. Siyasi amillərlə neftin qiymətinin artması qiymətlərin dayanıqlı olub-olmaması sualını ortaya gətirir. Hazırda bununla bağlı konkret sözlər demək mümkün deyil.

 

Bu qiymətlər təqribən bir ay müddətində qalarsa, deməli neftin qiyməti dayanıqlı olacaq.


Paylaş:


Müəllif : Baxış :
26932
Tarix:
7-11-2017, 12:43
  


loading...