Səfir: Avstraliya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var » Qaynar xəbərlərin tək ünvanı

» » Səfir: Avstraliya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var

Səfir: Avstraliya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Səfir: Avstraliya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var

Avstraliya İttifaqı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından keçən 25 il ərzində ikitərəfli əlaqələr sürətlə inkişaf edir. Avstraliya hər zaman Azərbaycanı dəstəkləyib.


Aymobi.com azərtac.az-a istinadən müsahibəsində Avstraliya İttifaqının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braun bildirib. Diplomat ölkələrimiz arasında əlaqələrin inkişafında qanunverici orqanların, xüsusilə parlamentlərarası dostluq qruplarının və deputatlarımızın qarşılıqlı səfərlərinin rolunu qeyd edib.


Səfir deyib ki, Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uellsin bu ilin iyun ayında Azərbaycana səfəri ölkəsinin ikitərəfli əlaqələrə və diplomatik münasibətlərimizin 25 illiyinə verdiyi önəmin göstəricisidir. Bu yaxınlarda Avstraliyanın biznesmenlərdən ibarət nümayəndə heyətinin Bakıya səfər etdiyini xatırladan diplomat bu səfərin məqsədinin ticarət əlaqələrini və investisiya qoyuluşu imkanlarını genişləndirmək olduğunu diqqətə çatdırıb.


Səfir Mark İnnes-Braun Avstraliya ilə Azərbaycan arasında ticarət və investisiya əlaqələrinin, həmçinin neft, qaz və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd edib. O deyib ki, bu sahələrdə Avstraliyanın böyük təcrübəsi var və şirkətlərimiz bütün dünyaya yüksək keyfiyyətli məhsullar və xidmətlər təklif edir. Həmçinin Avstraliya Azərbaycanı yüksək keyfiyyətli sürət qayıqları ilə təmin edir. Səfir əminliyini bildirib ki, ticari əlaqələrimiz gələcəkdə daha da genişləndiriləcək.


Diplomat Azərbaycan ilə Avstraliyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində də əməkdaşlıq etdiyini, bunun əlaqələrimizin nə qədər güclü olmasının göstəricisi olduğunu vurğulayıb. O, BMT-nin İnsan Hüquqları Şurasında Avstraliyanın namizədliyini dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib.


Paylaş:


Müəllif : Baxış :
4532
Tarix:
4-11-2017, 13:09
  






loading...

Oxşar Xəbərlər