Prezident oğlu 20 yaşını qeyd edir – FOTO » Qaynar xəbərlərin tək ünvanı

» » Prezident oğlu 20 yaşını qeyd edir – FOTO

Prezident oğlu 20 yaşını qeyd edir – FOTO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Bu gün Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür.


AyMobi.Com modern.az-a istinadən xəbər verir ki, Heydər İlham oğlu Əliyev 1997-ci il avqustun 3-də anadan olub. O, Bakıda babası Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində ümumi orta təhsil alıb.


2013-cü ildə orta təhsili başa vuran Heydər Əliyev təhsil naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, qızıl medalla təltif olunub. Orta məktəbi qızıl medalla bitirən H.Əliyevin adı təhsil aldığı Müasir Təhsil Kompleksində "Şərəf kitabı”na yazılıb.


Elə həmin il Azərbaycan prezidentinin oğlu Heydər ali məktəblərə keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edib. O, qəbul imtahanlarını da yüksək səviyyədə verərək, 590 bal toplayıb və ADA Universitetinin tələbəsi adını qazanıb.


20 yaşlı Heydər Əliyev bu il ADA Universitetinin bakalavriat pilləsini bitirib.


Heydər Əliyevin tələbə yoldaşları və dostları onun savadlı, təvazökar, mədəni bir gənc olduğunu vurğulayırlar. Onun öz davranışları ilə ətrafındakılara nümunə olduğu da qeyd edilir. Bunu əvvəllər onun müəllimləri də söyləyiblər.


Heydərə orta məktəbdə ingilis dilindən dərs demiş konqolu müəllimi Manto bir neçə il əvvəl öz açıqlamalarında prezidentin oğlunu tərifləmişdi.


"Mənə demişdilər ki, prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə prezident oğlunun oxuduğu heç vaxt hiss olunmurdu. Düzü, valideynlərini heç zaman məktəbdə görməmişəm. Amma bir müəllim kimi mənim üçün ən önəmlisi məktəblinin savadıdır, valideyni yox. Çox ağıllı, dərrakəli uşaqdır. Cəld işləyir, nümunəvi davranır, prezident oğlu olduğunu əsla hiss etdirmirdi”, - Manto müəllimi H.Əliyevin ingilis dilini 

mükəmməl səviyyədə bildiyini vurğulamışdı.


Paylaş:


Müəllif : Baxış :
87532
Tarix:
3-08-2017, 10:51
  


loading...

Oxşar Xəbərlər