Balakəndə 51 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb » Qaynar xəbərlərin tək ünvanı

» » Balakəndə 51 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Balakəndə 51 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Balakəndə çayda çimən 51 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

 

Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX)  verilən məlumata görə, avqustun 2-si axşam saat 18 radələrində rayonun Kortala kənd sakini, 1966-cı il təvəllüdlü Nurəddin İbrahim oğlu Tahirov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanan reanimasiya şöbəsinə daxil olub.

 

Həkim araşdırması və müayinəsi zamanı məlum olub ki, 51 yaşlı Nurəddin Tahirov kəndin inzibati ərazisindən axan çayda çimərkən başı çayın dibindəki daşa dəyib. Nurəddin Tahirova qapalı kəllə-beyn travması, boyun fəqərəsinin sınığı, aşağı və yuxarı ətrafların iflici diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir. (APA)


Paylaş:


Müəllif : Baxış :
66132
Tarix:
3-08-2017, 09:36
  






loading...