Prezidentin etimadını doğruldan icra başçısı » Qaynar xəbərlərin tək ünvanı

» » Prezidentin etimadını doğruldan icra başçısı

Prezidentin etimadını doğruldan icra başçısı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Prezidentin etimadını doğruldan icra başçısı

 Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev qısa zamanda böyük uğurlar əldə edib  İslam Rzayevin gəlişindən sonra rayonda vüsət alan abadlıq-quruculuq işləri, illərlə yığılıb qalmış problemlərin ardıcıl şəkildə öz müsbət həllini tapması reallıqdır.

 

RİH başçısı kimi təyinatından çox qısa müddətin keçməsinə baxmayaraq bu müddət ərzində İslam Rzayevin rayon əhalisinin sevgisini, güvənini qazanması Prezidentin ona göstərmiş olduğu böyük etimadı doğrultmasından xəbər verir. Xatırlayırsınızsa, İslam Rzayev Balakən rayonuna icra başçısı  təyin olunarkən yalnız bu açıqlamanı verdi: "Bütün var gücümlə Prezidentin mənə göstərdiyi etimadı doğrultmağa çalışacam”. Bəli, üstündən qısa müddətin keçməsinə baxmayaraq İslam Rzayevin fəaliyyətinin təhlil nəticəsi olaraq yalnız bunu demək olar: "O, əzmkarlığı və yüksək idarəçilik qabiliyyəti ilə Prezidentin etimadına layiq olduğunu göstərdi”. İslam Rzayev rayona gəlişi ilə  Balakənlilər də böyük ruh yüksəkliyi yaradıb.

 

Əhaliyə kifayət qədər açıq olan, şikayətçiləri şəxsən qəbul edən və onların problemlərinin yerindəcə həllinə göstəriş verən İCRA BAŞÇISI əsl el  adamı olduğunu sübuit edib. Bu isə kifayət qədər böyük işdir. Qarşılıqlı inam və etimadın hökm sürdüyü yerə uğurun özü qonaq gəlir. Hər halda İslam müəllimin qısa zamanda reallaşdırdığı layihələr də bu həqiqəti bir daha təsdiqləmiş oldu. İllərdən bəri həllini gözləyən məsələlərin tədrici ardıcıllıqla yoluna qoyulması, rayonda yarımçıq qalmış iri layihələrin yenidən canlandırılması və davam etdirilməsi, abadlıq-quruculuq işlərinin böyük sürətlə vüsət alması Balakənimizin bugünkü mənzərəsinin tamamlayıcı ştrixləridir. Məktəb və uğaq bağçasının istifadəyə verilməsi bu qısa zamanda görülmüş böyük işlərin yalnız bir qismidir. Bütün bunlar isə onu göstərir ki, bu gün Balakəndə sosial-iqtisadi həyat öz axarında  davam edir. Biz isə AyMobi.Com  xəbər  portalı olaraq demək istəyirik ki, belə başçı ilə Balakənlilər ancaq fəxr edə bilərlər.

 

Yazar: İbrahim Şıxməmmədov (Balakən)


Paylaş:


Müəllif : Baxış :
79532
Tarix:
24-07-2017, 22:12
  


loading...