Gürcüstanda ən az məbləğlə istirahət etmənin yolları – QİYMƏTLƏR » Qaynar xəbərlərin tək ünvanı

» » Gürcüstanda ən az məbləğlə istirahət etmənin yolları – QİYMƏTLƏR

Gürcüstanda ən az məbləğlə istirahət etmənin yolları – QİYMƏTLƏR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Gürcüstanda ən az məbləğlə istirahət etmənin yolları – QİYMƏTLƏR

 Azərbaycan vətəndaşlarının son zamanlar səyahət üçün üz tutduğu ölkələrdən biri də Gürcüstandır. Bu ölkəyə maraq ölkə vətəndaşları arasında maraq durmadan artır. Bunu statistik göstəricilərdən də aydın görmək olar. Bəs Gürcüstanda səyahətə az pul xərcləməklə maksimum necə istirahət etmək olar? Turizm.fins.az Gürcüstana səfəri zamanı A-dan Z-yə kimi xərclənəcək məbləği təqdim edir.

 

Bakıdan Tiflisə avtobus  hər gün axşam 9 və 11-də avtovağzaldan yola düşür. Avtobus biletinin qiyməti isə 12 manatdır. Bakıdan Tiflisə qatarla da getmək olar. Qatar biletləri 22 manatdan başlayır. SV üçün bilet 54 manat, kupe- 33 manat və plaskart üçün bilet isə 22 manatdır.


Gürcüstan paytaxtında qonaqlama yerlərinə gəlincə isə burada müxtəlif qiymətə hotellərlə yanaşı hostellər də var.


"Citadines City Centre Tbilisi”  mehmanxanası şəhərin Azadlıq meydanına yaxın ərazidə yerləşir. 4 ulduzlu hoteldə standart otaqda qonaqlama 172 manatdır. Lakin ulduz təsnifatı az olan hotellərdə bir qədər ucuz qiymətə qonaqlamaq olar. 3 ulduzlu "Hotel Tbilisi Central by Mgzavrebi”də standart otaqda qonaqlamaq 73 manatdır.


Tiflisdə daha çox şəhər gəzintisinə və pula qənaət etməyə üstünlük verənlər hostellərdə də qonaqlaya bilərlər. Paytaxtın mərkəzi küçəsində "Rustavelli” metro stansiyasından 100 metr aralıda olan Vere Hosteldə də qonaqlamaq olar. Belə ki, burada bir nəfərin gecələməsi 10 manatdır.


Qidalanmaya gəlincə, şəhər restoranlarında biri 0.70 lari  olmaqla  gürcü xəngəli yemək olar. 8 lariyə isə qızıl balıq sifariş etmək olar. 20 lariyə acaruli, 14 lariyə isə ostriy adlı yeməkdən bir porsiya sifariş etmək olar. Xaçapuri həvəskarları isə 5 lari ödəməklə bu təamdan dada bilərlər.


Əyləncəyə gəldikdə isə şəhərin mərkəzindəki publar və barlarda qiymətlər heç də ucuz deyil. Amma heç də bütün gecə klublarına hər kəs buraxılmır. Belə ki, gecə klublarına giriş zamanı face control həyata keçirilir.  Səsli-küykü gecə klublarından uzaq olmaq istəyənlər isə 1 lari ödəməklə şəhərin üstündən keçən kanatdan istifadə edə bilər.


Məlumat üçün bildirək ki, əksər turizm şirkətləri Gürcüstana turu yalnız qrup halında təşkil edir. Bu zaman 1 nəfər üçün ümumi xərclənəcək məbləğ 400-500 dollar  təşkil edəcək. Bu, minimum məbləğdir. Lakin turizm şirkəti yalnız bir nəfər üçün tur təşkil etsə bu zaman bir nəfərin təkcə transfer xərci 600 manat təşkil edəcək. Belə ki, bu məbləğ turisti Bakıdan birbaşa Tiflisə aparan nəqliyyata veriləcək. 


Paylaş:


Müəllif : Baxış :
63132
Tarix:
10-05-2017, 21:04
  


loading...