Prezident sərəncam imzaladı » Qaynar xəbərlərin tək ünvanı

» » Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Prezident sərəncam imzaladı

 Prezident İlham Əliyev "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə "Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamla Əliyev Ziyəddin İsmayıl oğlu və Qasımov Əflatun Allahyar oğluna "Əməkdar mühəndis” fəxri adı verilib. Həmin şəxslər Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə təltif olunublar.

Prezident İlham Əliyev Məhərrəm Soltan oğlu Əsədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

M.Əsədov Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə təqaüdə layiq görülüb. 

Dövlət başçısının digər sərəncamı ilə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işçiləri "Tərəqqi” medalı ilə təltif edilib.

Sərəncama əsasən, Azadəliyev Azadəli Kəlbəli oğlu, Babayev Eldar Mirvanoviç, Çıraqov Nizami Qəfər oğlu, Əhmədov Şahin Əhməd oğlu, Əmirova Xatiban Balasan qızı, Hacıyev Ələddin Əli oğlu, Hüseynov Yaşar Hüseyn oğlu, İsmayılov Səftər Tofiq oğlu, Qafarov Firdovsi Cümşüd oğlu, Qəniyev Dilqəm Seyfəddin oğlu, Quliyev Zakir İbrahim oğlu, Məhərrəmov Elxan Məmmədağa oğlu, Məmmədov Faiq Fazil oğlu, Paşayev Mübariz Vəliş oğlu, Şükürov Tahir Rəşid oğlu, Tağıyev Tağı Sultan oğlu, Zamanov Nizami Zaman oğlu təltif olunublar. 

Paylaş:


Müəllif : Baxış :
59832
Tarix:
21-02-2017, 10:03
  


loading...