Dövlət Agentliyi: Təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri bütün vətəndaşlar üçün pulsuzdur » Qaynar xəbərlərin tək ünvanı

» » Dövlət Agentliyi: Təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri bütün vətəndaşlar üçün pulsuzdur

Dövlət Agentliyi: Təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri bütün vətəndaşlar üçün pulsuzdur


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dövlət Agentliyi: Təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri bütün vətəndaşlar üçün pulsuzdur

 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi baza zərfində göstərilən xidmətlərin ödənişini pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar üçün tibb müəssisələrinə edəcək.

 

Agentliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım və ilkin səhiyyə xidmətlərindən pilot ərazilərdə - Yevlax rayonunda və Mingəçevir şəhərində rəsmi qeydiyyatı olan və olmayan bütün vətəndaşlar pulsuz istifadə edə bilərlər. İcbari tibbi sığortanın ambulator və stasionar üzrə təqdim etdiyi tibbi xidmətlərdən isə yalnız pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar pulsuz istifadə etmək imkanına sahibdirlər. Bütün tibbi xidmətlərin dəyərini Agentlik tibb müəssisələrinə ödəyir.

 

Baza zərfində Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətləri üçün göstərilən tarifləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinə ödəyir. 

 

Məlumat üçün bildirək ki, yanvar ayında Mingəçevir şəhəri üzrə 3955 nəfər, Yevlax rayonu üzrə 924 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətindən istifadə edib. Pilot ərazilərdəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin təkmilləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi, maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdə bir sıra addımlar atmaqdadır. Pilot ərazilərin ən müasir və tibbi avadanlıqla tam təchiz edilmiş 6 ambulans avtomobili ilə təminatı və bir sıra müasir, yüksək texnoloji avadanlıqlarla təmin edilməsi buna misal ola bilər.



Paylaş:


Müəllif : Baxış :
58932
Tarix:
16-02-2017, 21:43
  


loading...

Oxşar Xəbərlər