Kredit kartının borcunu bağlatsa da - 71 manat cərimə gəlib - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » Kredit kartının borcunu bağlatsa da - 71 manat cərimə gəlib - VİDEO

Kredit kartının borcunu bağlatsa da - 71 manat cərimə gəlib - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Kredit kartının borcunu bağlatsa da - 71 manat cərimə gəlib - VİDEO

 Kredit kartı ilə alış-veriş edib və ödənişləri vaxtlı-vaxtında həyata keçirib. Lakin borcu bağladıqdan bir neçə ay sonra cəriməsinin olması barədə bildiriş alıb. Hüquqşünasların bu cür halla qarşılaşan vətəndaşlara məsləhətləri var.


Kredit kartının borcunu bağlatsa da, 71 manat cərimə gəlib.


Paytaxın Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan Vasif Hətəmov ötən ilin yanvar ayında kredit kartı alıb. 2 ay sonra isə həmin kart vasitəsilə alış-veriş edib.


Ödənişləri 6 aya bölərək vaxtlı-vaxtında həyata keçirib və heç bir borcu qalmayıb. Lakin bir müddət əvvəl cəriməsinin olduğuna dair sms gəlib.


Məsələ ilə bağlı kartı verən banka müraciət etsə də, heç bir nəticəsi olmayıb.


Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, kredit kartlarında ödəniş müddəti borclunun vəziyyətinə görə dəyişir. Bu da tərəflər arasında bağlanmış müqavilədə öz əksini tapır. Əgər hər hansı bir gecikmə olsaydı, borcluya bildiriş gəlməli idi.


Anar Ramazanov deyir ki, Vasif Hətəmov həmin kredit hesabı ilə bağlı bankdan çıxarış alaraq əlindəki qəbzlərlə üzləşdirə bilər. Bu halda ödənişin düzgün aparılıb-aparılmadığı ortya çıxacaq. Bundan sonra isə müqavilə və ödəniş qəbzləri ilə banka rəsmi şəkildə müraciət edərək borcu sildirə bilər.


Hüquqşünas bu cür hallarla qarşılaşmamaq üçün vətəndaşlara məsləhət görürür ki, krediti tam ödədikləri gün bankdan heç bir borcun qalmamasına dair yazılı məktub alsınlar.

 


Paylaş:


Müəllif : Baxış :
45632
Tarix:
16-02-2017, 09:33
  


loading...

Oxşar Xəbərlər