Apteklərdə "göz müayinəsi": eynək satanlar necə "həkimlik" edir? - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » Apteklərdə "göz müayinəsi": eynək satanlar necə "həkimlik" edir? - VİDEO

Apteklərdə "göz müayinəsi": eynək satanlar necə "həkimlik" edir? - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Apteklərdə "göz müayinəsi": eynək satanlar necə "həkimlik" edir? - VİDEO

 Göz həkimi deyil, bununla bağlı lisenziyaları da yoxdur, ancaq apteklərdə müştərilərin gözlərini yoxlayıb, diaqnoz qoyurlar.


Gözləri zəifləyənlər bir çox halda oftalmoloqlara üz tutsa da, birbaşa aptekə gedib, eynək istəyənlər də var. Onları gözlərinə aptekdə eynək satışı ilə məşğul olanlar diaqnoz qoyur. Bəzi apteklərin nəznindəki optik şöbələrdə eynəyin satışı ilə yanaşı, gözün müayinəsi də həyata keçirilir. Üstəlik bu işi görənlər oftalmoloqlar deyil. Bəs insanın ən həssas orqanlarından birinə belə laqeyd yanaşma nə qədər doğrudur? 


İçəridə göz yoxlamaq üçün ibtidai ləvazimatlara baxmayaraq bəzi əczaçılar bunu danırlar. Yaxınlaşdığımız ikinci aptekdə də bənzər vəziyyətlə qarşılaşdıq. 


Gözün görmə qabiliyyəti yoxlanılmırsa bu cihaz sizdə nə gəzir? 


Əslində gözün müayinəsi xəstəxanalarda da bənzər cihazlarla həyata keçirilir. Ancaq məsələ cihazlarda yox, onları işlədənlərdədir. Apteklərdə bu işlə məşğul olanların əksəriyyətinin oftalmologiya ilə əlaqəsi yoxdur. 


Oftalmoloqlar bildirir ki, gözün zəifləməsinin 10-dan çox səbəbi ola bilər. Müalicə və əməliyyat tələb edən problemlər zamanı eynək tələb olunmur. Bu zaman eynəkdən istifadə olunması gözün görmə qabiliyyətini daha da artıra bilər. 


Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, oftalmoloq olmayan şəxslərin eynək yazmaları qanunla qadağandır. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən aldığımız məlumata görə, göz həkimi olmayanlar bu faəliyyəti  göstərə  bilməzlər.  Belə fiziki şəxsləri İnzibati  Xətalar Məcəlləsinə görə  2-3 min manat arası cərimə gözləyir.

AyMobi.Com Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 



Paylaş:


Müəllif : Baxış :
26432
Tarix:
7-02-2017, 09:29
  


loading...