İş isəyənlərin nəzərinə » Qaynar xəbərlərin tək ünvanı

» » İş isəyənlərin nəzərinə

İş isəyənlərin nəzərinə


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İş isəyənlərin nəzərinə

 Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə yanvarın 28-də "Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.


Mərkəzdən "Report"a verilən məlumata görə, imtahan saat 11:00-da Bakı şəhərində 9 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 2889 namizəd qeydiyyatdan keçib. Prosesin idarə edilməsi üçün 243 nəzarətçi-müəllim, 25 imtahan rəhbəri ayrılıb.


İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 10 sual informatika üzrə, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.


Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Vеrgilər Nаzirliyinin saytında "Faydalı” bölməsində "Vergi testi” altbölməsi yaradılıb. Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı "İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq altbölməsində yerləşdirilib.


İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar. 


Paylaş:


Müəllif : Baxış :
57732
Tarix:
26-01-2017, 12:45
  






loading...