“Kitabxanaçının, xadimənin ixtisarı haqsızlıqdır” » Qaynar xəbərlərin tək ünvanı

» » “Kitabxanaçının, xadimənin ixtisarı haqsızlıqdır”

“Kitabxanaçının, xadimənin ixtisarı haqsızlıqdır”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Kitabxanaçının, xadimənin ixtisarı haqsızlıqdır”

 Tahir Rzayev: İşçiləri ixtisar edirlər, özlərinə müşavirlər təyin edirlər, bahalı maşınlar sürürlər

Bu gün Milli Məclisin növbəti plenar iclasında büdcə müzakirələri davam edir.


"Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən millət vəkili Jalə Əliyeva bildirib ki, bu yaxınlarda bir sıra tibb müəssisələrinin özəlləşdirilməyə çıxarılması Ucar rayonunda 3029 nəfərin işsiz qalması təhlükəsini yaratmışdı:


"Bu qədər işçinin işsiz qalması insanları narahat etməyə bilməzdi. Tibb işçiləri ölkə başçısına, baş nazirə müraciət etdilər. Bundan sonra həmin tibb müəssisələrinin özəlləşdirilməsi prosesi dayandırıldı”.


Bizimyol.info xəbər verir ki, Milli Məclisdə 2017-ci il üzrə büdcə zərfinin müzakirəsində deputat Tahir Rzayev az maaşlı ştaların ləğv edilməsinə etirazını bildirib. O bildirib ki, ölkədə iqtisadi çətinliklər mövcuddur və bunu gizlətmək olmaz. "Dünyada baş verən iqtisadi böhran, dolların bahalaşması Azərbaycandan yan keçə bilməzdi”.


T. Rzayev iş yerlərindən ixtisarlarla bağlı narazılıq bildirib: "Bəzi vəzifə sahiblərinin işçiləri ixtisar etmələri doğru deyil. Kitabxanaçının, xadimənin ixtisarı haqsızlıqdır. Onların maaşı onsuz da cüzi məbləğdir və həmin pulla neçə ailə dolanır. İşçiləri ixtisar edirlər, özlərinə müşavirlər təyin edirlər, bahalı maşınlar sürürlər. Ümumən israfçılığın qarşısını almaq lazımdır. Özəl sektor inkişaf etdirilməlidir, xüsusilə tikinti sektoruna dəstək verilməlidir”.


Paylaş:


Müəllif : Baxış :
36532
Tarix:
7-12-2016, 19:24
  


loading...

Oxşar Xəbərlər