Tanınmış rejissor saxta iş elanıyla bağlı açıqlama verdi » Qaynar xəbərlərin tək ünvanı

» » Tanınmış rejissor saxta iş elanıyla bağlı açıqlama verdi

Tanınmış rejissor saxta iş elanıyla bağlı açıqlama verdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Tanınmış rejissor saxta iş elanıyla bağlı açıqlama verdi

 Natiq Axund: "Adım və şəkil saytdan çıxarılsa da, mənim haqqımda təkzib xəbəri dərc olunmayıb. Xəzər TV də bu xəbəri efirdə yayımlayıb. Məlumatı təkzib etməlidirlər və üzr istəməlidirlər".


"Bu elanı minlərlə sosial istifadəçi paylaşıb, amma məhz mənim profilim mediada yayılıb".


Bəzi yerli media qurumları sosial şəbəkədə yayılan saxta iş elanıyla bağlı xəbərlər hazırlayıb.


İslamazeri.az xəbər verir ki, məlumatlarda tanınmış rejissor  Natiq Axundun adı hallanıb. Belə ki, mediada məhz onun facebook statusu gündəm mövzusu olub. Hətta televiziya kanalında efirə gedən mövzuyla bağlı materialda onun statusu görüntülənib. Digər istifadəçilər də buna inanaraq sözügedən elanı öz profilində paylaşıb. Lakin yalnız N.Axundun profilindəki paylaşım həm saytlarda, həm də telekanalda yer alıb.


Rejissor və media nümayəndəsi olan Natiq Axund mətbuatda yayımlanan xəbərlərlə bağlı narahatlığını ifadə edib. Bu barədə N.Axund islamazeri.az-a açıqlama verib. O, sadəcə, işsizlərə yardım məqsədiylə sözügedən statusu paylaşdığını bildirib. Rejissorun sözlərinə görə, elan onun özünə də whatsapp vasitəsilə göndərilib.


"Xəbər "Qafqazinfo" saytında dərc olunandan sonra onlarla əlaqə saxladım. Mənə bildirdilər ki, yeni işçinin səhlənkarlığıdır. Sonra məlumatdan şəklimi götürdülər, xəbər olduğu kimi qaldı. Ardınca onlardan adımın çıxarılmasını və təkzib olunması barədə məlumatın dərc edilməsini tələb etdim. Həmçinin bununla bağlı məhkəməyə müraciət edəcəyimi söylədim. Belə səriştəsizlik olmaz. Adım və şəkil saytdan çıxarılsa da, mənim haqqımda təkzib xəbəri dərc olunmayıb. Xəzər TV də bu xəbəri efirdə yayımlayıb. Məlumatı təkzib etməlidirlər və üzr istəməlidirlər", - deyə rejissor qeyd edib.


Natiq Axund haqqında hazırlanan xəbərlərin ona qarşı təxribat olduğunu ehtimal edir. O, bunu ərsəyə gətirdiyi "Dünyada bir gün" layihəsi çərçivəsində "Ramazan payı" qısametrajlı filmi ətrafında baş verənlərlə bağlı izah edib. Rejissorun sözlərinə görə, ekran əsəri çəkildikdən sonra kimlərsə bu filmin öz adına keçirməsində maraqlı olub: "Həmin şəxs bizə maddi cəhətdən dəstək olan qurumun qarşısını almaq üçün onlara müraciət belə edib".


"Bu elanı minlərlə sosial istifadəçi paylaşıb, amma məhz mənim profilim mediada yayılıb".", - deyə N.Axund sonda əlavə edib.


Qeyd edək ki, Natiq Axund bir çox sosial çarxların, qısametrajlı filmlərin, həmçinin qapadılan ANS TV-də "Əbədi səadətə aparan yol" verilişinin müəllifidir. Eyni zamanda adıçəkilən kanalda yayımlanan "Qulp" verilişinin videoçarxlarının rejissorudur.


Xatırladaq ki, N.Axund özünün facebook hesabında "Delta" MMC adlı şirkətin işçi axtardığını və aylıq maaşın yüksək olduğu barədə status yazmışdı. Daha sonra bunun fırıldaq olduğuyla əlaqədar post paylaşıb.


Paylaş:


Müəllif : Baxış :
17132
Tarix:
19-10-2016, 18:56
  






loading...