Sabah bu ərazilərdə qaz olmayacaq » Qaynar xəbərlərin tək ünvanı

» » Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Oktyabrın 5-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Böyük-Şor”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Mədrəsə”, Ağdaş magistral qaz kəmərləri sahəsinin "Ucar”, "Lək” və "Zərdab” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

Bu barədə SOCAR-dan məlumat verilib.

 

Təmir müddətində Şamaxı rayonunun Mədrəsə, Göylər, Mirikənd, Muğanlı, Qurdtəpə və Kərkəz kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun, həmçinin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Paylaş:


Müəllif : Baxış :
37832
Tarix:
4-10-2016, 18:52
  






loading...