“Günəşli” yatağında baş vermiş yanğınla bağlı RƏSMİ MƏLUMAT » Qaynar xəbərlərin tək ünvanı

» » “Günəşli” yatağında baş vermiş yanğınla bağlı RƏSMİ MƏLUMAT

“Günəşli” yatağında baş vermiş yanğınla bağlı RƏSMİ MƏLUMAT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Günəşli” yatağında baş vermiş yanğınla bağlı RƏSMİ MƏLUMAT

 "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda dünən başlayan yanğın söndürülüb.


Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın bu gün yaydığı birgə məlumatda qeyd olunub.


Məlumata əsasən, sentybarın 26-da "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. Saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri "Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər.


Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin qaz təzahürünün qarşısı alınıb. 

Qeyd olunub ki, hazırda SOCAR-ın mütəxəssisləri tərəfindən özüldə təmir-bərpa işləri aparılır.


Paylaş:


Müəllif : Baxış :
41832
Tarix:
27-09-2016, 16:12
  


loading...