3 gün əvvəl yoxa çıxdı - Bu gün meyiti tapıldı » Qaynar xəbərlərin tək ünvanı

» » 3 gün əvvəl yoxa çıxdı - Bu gün meyiti tapıldı

3 gün əvvəl yoxa çıxdı - Bu gün meyiti tapıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

3 gün əvvəl yoxa çıxdı - Bu gün meyiti tapıldı

 Bu gün Salyanda 3 gün əvvəl yoxa çıxmış Salyan şəhər sakini, 1964- cü il təvəllüdlü İsmayılov Yaqub Gülhüseyn oğlunun meyiti Kür çayından tapılıb.


Virtualaz.org-un məlumatına görə, cəsəd FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suya düşərək batdığı ehtimal olunan yerdən 32 kilometr aralıda - Neftçala rayonunun Surra kəndi ərazisində tapılıb.


Qeyd edək ki, Yaqub İsmayılovun evi Salyan şəhərində Kür çayının sahilində yerləşir. Hadisə baş verən gün sentyabr ayının 21-də axşam saatlarında həyat yoldaşına hava almaq üçün Kür çayının sahilinə getdiyini deyib və elə o vaxtdan da ondan bir xəbər yox idi. Amma Yaqub İsmayılovun Kür çayında boğulma ehtimalı yarandığından FHN-nin DSXX-nin əməkdaşları 3 gün idi ki, Kür çayında intensiv axtarışlara başlamışdılar.


Hüquq-mühafizə orqanlarında baş vermiş hadisə ilə bağlı arşdırmalara başlanılıb.


Paylaş:


Müəllif : Baxış :
78132
Tarix:
24-09-2016, 17:08
  


loading...