Sabah bu ərazilərdə qaz olmayacaq » Qaynar xəbərlərin tək ünvanı

» » Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Sabah Bakının Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


SOCAR-ın "Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə avqustun 17-də saat 09:00-dan 18:00-dək Binəqədi rayonu 28-may və Mədən yaşayış massivi ərazisində, həmçinin Biləcəri qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.


Aparılan işlərin Səbail rayonunun Bayıl və Badamdar ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür.


***


Sabah Abşeron və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.


Bu barədə "Azəriqaz” İB-dən bildirilib.


Avqustun 17-də saat 12:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Keşlə” və Astara magistral qaz kəmərləri sahəsinin "Tüklə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.


Təmir müddətində Masallı rayonun Tüklə, Zövlə, Boradigah və Bəndəlan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Paylaş:


Müəllif : Baxış :
34632
Tarix:
16-08-2016, 23:04
  






loading...