Jurnalist olmaq istəyənlər bu gün imtahan verir » Qaynar xəbərlərin tək ünvanı

» » Jurnalist olmaq istəyənlər bu gün imtahan verir

Jurnalist olmaq istəyənlər bu gün imtahan verir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Jurnalist olmaq istəyənlər bu gün imtahan verir

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.


AyMobi.Com TQDK-nın saytına istinadən xəbər verir ki, bu mərhələdə 2016 cı ilin aprel ayının 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edir.


İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunur.


İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.


Jurnalistika ixtisasına qəbul olmaq üçün 815 abituriyent qeydiyyatdan keçib. Onlardan 539 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 129 nəfərini oğlanlar, 410 nəfərini qızlar təşkil edir. 509 abituriyent Azərbaycan, 30 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.


Paylaş:


Müəllif : Baxış :
23732
Tarix:
29-07-2016, 10:30
  






loading...