Silah zavodundakı partlayışda - 11 nəfər yaralanıb +Rəsmi » Qaynar xəbərlərin tək ünvanı

» » Silah zavodundakı partlayışda - 11 nəfər yaralanıb +Rəsmi

Silah zavodundakı partlayışda - 11 nəfər yaralanıb +Rəsmi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Silah zavodundakı partlayışda - 11 nəfər yaralanıb +Rəsmi

 Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb. 


Bu barədə məlumatı  Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Liya Bayramova məlumat  verib. O bildirib ki, bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına artıq 11 nəfər xəsarət almış şəxs çatdırılıb:


"Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir. Hadisə yerində təcili yardım briqadaları işini davam etdirir".


***


Şirvan şəhər İcra Hakimiyyətindən Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş verən partlayışla bağlı açıqlama verilib.


İcra başçısının köməkçisi Vasif Əliyev AzVision.az-a bildirib ki, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bu istiqamətdə operativ araşdırma aparılır.


İcra rəsmisi bildirib ki, partlayış nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması haqda onlara məlumat daxil olub. Hələlik ölüm faktı rəsmi şəkildə təsdiqini tapmayıb.


Vasif Əliyev, həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.


***


FHN də partlayışla bağlı açıqlama yayıb.


Məlumatda qeyd olunur ki, saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz” zavodunda partlayış baş verib. Dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunmuş, zəruri tədbirlərin görülməsinə başlanılmışdır. Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir.Qafqazinfo\\


Paylaş:


Müəllif : Baxış :
48432
Tarix:
26-07-2016, 18:43
  


loading...